medina

Türkiyənin “Çaykur Rizespor” komandası “Qarabağ”da çıxış edən Kevin Medina ilə anlaşıb.

Globalinfo.az-ın məlumatına görə, 30 yaşlı futbolçu “Qarabağ”ın “Linkoln”la Çempionlar Liqası matçından sonra müqavilə imzalamaq üçün Türkiyəyə yola düşəcək.

30 yaşlı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Kevin Medina 2020-ci ilin yayından “Qarabağ”da çıxış edir.

Paylaş: