Prezidentdən Xovayevə: “Ermənilər bundan imtina etdilər”

Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin nümayəndələrinin reinteqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılması üçün paytaxt Bakıya və ölkəmizin digər şəhərlərinə dəvət olunmasına baxmayaraq, onların bundan imtina ediblər.

Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edərkən deyib.