“Qarabağ”ın 1/8 finaldakı rəqibi bəlli oldu – VİDEO

Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

Globalinfo.az püşkün nəticəsini təqdim edir:

Avropa Liqası

1/8 final

“Sparta” (Çexiya) – “Liverpul” (İngiltərə)

“Marsel” (Fransa) – “Vilyarreal” (İspaniya)

“Roma” (İtaliya) – “Brayton” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Reyncers” (Şotlandiya)

“Frayburq” (Almaniya) – “Vest Hem” (İngiltərə)

“Sportinq” (Portuqaliya) – “Atalanta” (İtaliya)

“Milan” (İtaliya) – “Slaviya” (Çexiya)

“Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya)

Qeyd edək ki, 1/8 mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

***

Hazırda Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, mərasimdə “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibləri də bəlli olacaq.