Ermənilərin sonuncu avtomobil karvanı Qarabağı tərk etdi – VİDEO

Rusiya sülhməramlıları Qarabağdan çıxan ermənilərdən ibarət sonuncu avtomobil karvanını müşayiət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentindən bildirilib.

Qeyd edək ki, Ermənistan tərəfi Qarabağı tərk edən ermənilərin sayının 100 mindən artıq olduğunu açıqlayır. Sözügedən rəqəmin bilərəkdən şişirdilməsi istisna deyil.

Xatırladaq ki, Qarabağı tərk edənlər Azərbaycana reinteqrasiyadan imtina edərək könüllü şəkildə Ermənistanda yaşamağa yollananlardır.