Hazırada Monakoda keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində “Qarabağ“ı təmsil edən şəxslər müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, püşatma mərasimində Ağdam təmsilçisinin vitse-prezidenti Fevzihan Aras, baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, idarə heyətinin üzvü Asif Əsgərov, əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, komunikasiya departmentinin rəhbəri Anar Hacıyev iştirak edir.
Qeyd edək ki, “köhlən atlar”ın Liqa mərhələsindəki rəqibləri açıqlanır. “Qarabağ“ın ilk rəqibi “Çelsi” (İngiltərə) komandası olub, ikinci rəqibi isə Liverpuldur.
“Qarabağ”ın digər rəqibləri “Benfika” və “Frankfurt” komandalarıdır.
“Çelsi” və “Frankfurt”la matçlar Bakıda, digər ikisi isə səfərdə baş tutacaq.