Qarabağdan sonra bu ərazilər azad ediləcək – Saakaşvili anons verdi

“Gürcüstan gərək Abxaziya və Şida Kartlinin azad olunmasına hazırlaşsın. Bu pəncərə tezliklə açılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

O hər kəsin Ukraynanın qaçılmaz qələbəsinə hazırlaşmalı olduğunu söyləyib.

Saakaşvilinin sözlərinə görə, Gürcüstanın mövcudluğu bu gün Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır:

“Abxaziya və Şida Kartliyə yol tezliklə açılacaq və biz hamımız Rusiya ordusunun çökəcəyi, Moskvada isə qarışıqlığın hökm sürəcəyi anı tutmalıyıq. Zelenskinin geniş strateji baxışı var”.

İlkin Həsənov
Globalinfo.az