Daha 15 erməni Qarabağdan Gorusa yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
***18:02
Qarabağı tərk edən ermənilərin sayı açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə bu barədə Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.
Məlumata görə, ümumilikdə 100 490 erməni Ermənistana qayıdıb. Bildirilir ki, Həkəri çayı üzərindəki körpüdən 21103 nəqliyyat vasitəsi keçib.
İnteqrasiyadan imtina edərək Ermənistana gedən ermənilərdən 47322-si sığınacaqla təmin olunub.
Qeyd edək ki, sözügedən rəqəmlərin Ermənistan tərəfindən məqsədyönlü şəkildə şişirdilməsi ehtimalı olduqca böyükdür.
Əliyar Xəlil
Globalinfo.az