1743703232.1743694072 65b4f9a5bd22365b4f9a5bd224170635920565b4f9a5bd22165b4f9a5bd222

“Qarabağ”ın hücumçusu Redon Cicanın gələcək taleyinə aydınlıq gəlib.

Globalinfo.az fanat-a istinadən xəbər verir ki,”köhlən atlar” cari mövsümün sonunda 26 yaşlı forvardla yolları ayıracaqlar.

Əsas heyətdə möhkəmlənə bilməyən albaniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Artıq onun özü də bu barədə məlumatlandırılıb. Üç real təklifi olan Redon daha çox oynaya biləcəyi komandaya qoşulmaq və 2 dəfə formasını geyindiyi Albaniya millisinə yenidən dəvət almaq istəyir

Qeyd edək ki, Cicanın Ağdam təmsilçisi ilə anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 17 matça çıxan ön xətt oyunçusu 4 qolla yadda qalıb.

Paylaş: