1 2

“Ermənistan universitetlərində təhsil alan Qarabağdan olan tələbələrlə bağlı kədərli xəbərlər eşidirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin deputatı Taquhi Tovmasyan deyib.

“Universitetlərdə Qarabağdan olan tələbələrə qarşı ayrı-seçkilik edilir. Onlara psixoloji təzyiq var. Ali təhsil müəssisələrinin professor və müəllim heyəti bu tələbələrə qarşı açıq-aşkar qərəzli yanaşma sərgiləyirlər. Tələbələr mənə bildirirlər ki, onlar universitetlərdə görünməyə məcburlar, lakin lazımsız problemlərlə üzləşirlər”, – Tovmasyan qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: