“Ermənistan hökumətinin Qarabağla bağlı yanaşması qəbuledilməzdir və kilsə buna səssiz qala bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Kilikiya Evinin Katalikosu I Aram söyləyib.
O, İrəvan tərəfindən Qarabağ separatçıları ilə bağlı nümayiş etdirilən passivliyin qondarma rejimin tam ləğvinə gətirib çıxaracağını söyləyib. Katalikos həmçinin Paşinyanın Ermənistanın milli maraqları ilə dövlət maraqları arasında sərhəd qoymasının da onlar üçün qəbuledilməz olduğunu deyib.
Qeyd edək ki, I Aram diaspor arasında böyük nüfuz sahibidir. Xüsusilə onun təsir imkanları Yaxın Şərq və Qərbdəki erməni təşkilatları arasında hiss edilir. O daha çox bu təşkilatlar üçün ideoloji dayaq rolunu oynayır.
İlkin Həsənov
Globalinfo.az