Qarabağdakı keçmiş qondarma “bayrağı” qaldırmaq istədilər…

Ermənilər Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycana qarşı yürüş keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqram kanallarında bildirilib.

Onlar Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndiriblər.

Hüquq-mühafizə orqanı əməkdaşları radikal erməni qruplaşmasına artıq məhv olmuş qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib.

Aİ nümayəndəliyi isə ermənilərin aksiyasına reaksiya verməyib.