Ermənilər Xankəndidə mitinq keçirməyə hazırlaşırlar.
Globalinfo.az xəbər verir ki, bunu qondarma rejimin “antiböhran şurasının rəhbəri” Tiqran Petrosyan deyib.
O, əhalini Xankəndinin mərkəzi meydanına toplanmağa və separatçıların liderlərindən, eləcə də sülhməramlılardan nə istədiklərini elan etməyi müəyyənləşdirməyə çağırıb:
“Böyük mitinq keçirib, ruslara tələb irəli sürməliyik. Əgər onlar desələr ki, bunu edə bilmərik, o zaman biz cavab verəcəyik ki, BMT-yə müraciət edin. Əgər BMT reaksiya verməsə, o zaman aydın olacaq ki, bütün dünya erməni xalqından üz çevirib. Biz buna görə nəticəyə gəlib, öz addımlarımızı müəyyənləşdirəcəyik”.
İlkin Həsənov
Globalinfo.az