Qarabağda yeni oyun: “dərin təşkilat” Araiklə görüşdü

Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı-terrorçu rejimin rəhbəri Arayik Arutyunyan Fransada Daşnaksütyunun Mərkəzi Ofisinin nümayəndələri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Daşnaksütyunun Büro üzvləri Murad Papazyan və Ovsep Ter-Gevorkyan iştirak ediblər.

Onlar Qarabağ və regionla bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Daşnaksütyunun Parisdəki Mərkəzi ofisi təkcə Fransadakı erməni lobbisinin beyin mərkəzi deyil, həm də erməni diasporunun Avropadakı fəaliyyətinin əsas koordinatorudur. Məhz bu mərkəzlə Ermənistan hakimiyyətinin son zamanlar münasibətləri kəskinləşib. Xüsusilə Murad Papazyanın İrəvan aeroportunda saxlanılaraq ölkəyə buraxılmamasından sonra daşnaklar Paşinyan administrasiyası ilə əlaqələrini kəsiblər. Nəticədə onların Ermənistanın daxili işlərinə müdaxilə və hakimiyyətə təsir imkanları aşağı düşüb.

Digər tərəfdən isə Fransadakı daşnakların Qarabağdakı terrorçu rejimlə də əlaqə imkanları zəifləyib. Bu isə indiki dönəmdə separatçılarda narahatlığı maksimal səviyyəyə çatdırıb.

Arutyunyan artıq üç gündür Fransadadır. Bundan öncə o, lobbinin təşkilatçılığı ilə Fransa parlamentinin fraksiya rəhbərləri ilə görüşüb.

İlkin
Globalinfo.az