Qarabağda vəziyyət dəyişdi: Araik geri çəkilir

Araik Arutyunyan Ağdam yolu ilə bağlı təklifi qəbul etdiyinə dair ərizəni ləğv etmək istəyir.

Globalinfo.az xəbər verir ki, bunu erməni bloger Mikael Badalyan deyib.

O, dünən separatçıların rəhbərinin əslində Nikol Paşinyanla birlikdə Qarabağ ermənilərinə oyun qurduğunu, “humanitar fəlakət” şousunun da bu oyunun bir parçası olduğunu açıqlamışdı.

Həmçinin Arutyunyanın bu gün mətbuat konfransı keçirərək başqa çarələrinin qalmadığını, Ağdam vasitəsilə Qarabağa humanitar yüklərin daşınmasına dair Bakının təklifini qəbul etdiyini açıqlayacağını bildirmişdi.
Bloger bu addımla Qarabağdakı erməni əhalinin Azərbaycana reinteqrasiyasının sürətlənəcəyini, lakin Araikin qərarını dəyişdirə biləcəyini söyləyib. O, separatçı liderin hazırda ərizəni ləğv etmək niyyətində olduğunu deyir.

Qeyd edək ki, Azərbaycan hökumət nümayəndələri ilə Qarabağdakı erməni icmasının nümayəndələri arasında Yevlax şəhərində görüş gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az