Qarabağda sülhməramlıların rotasiyası başa çatdı – FOTO

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilib ki, planlı təmir üçün Rusiya Federasiyasına silah və hərbi texnikanın göndərilməsi də yekunlaşıb.

Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir.