Qarabağdakı keçmiş qondarma rejimin “liderlərindən” Arşavir Ğaramyanın keçmiş kürəkəni Loris Yeqoyan evində ölü tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Shamsyan.com” məlumat yayıb.
Məlumata görə, Yeqoyan “Beretta” markalı tapançasından atəş açaraq özünü öldürüb.
Nəşr yazır ki, Yeqoyan Ğaramyanın qızı ilə bir neçə ildir ki, boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.