Qarabağda rus sülhməramlılarının 7 mühafizə postu yaradılıb

Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda beşi Azərbaycanla birgə olmaqla yeddi post qurublar.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün beşi Azərbaycan tərəfi ilə birgə olmaqla yeddi post yaradılıb. Rusiya sülhməramlılarının iştirakı ilə Qarabağın yaşayış məntəqələrinə elektrik enerjisinin və qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir”, – məlumatda bildirilir.

Əliyar Xəlil
Globalinfo.az