Qarabağda ölümcül xəstəlik: erməni donuzları tauna yoluxub

Qarabağın Əsgəran rayonunda Afrika taununa yoluxmuş donuzlar aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a heyvandarlıq üzrə mütəxəssis Radik Gevorkyan məlumat verib.

Məlumata görə, epidemiyanın digər heyvanlara yayılmasının qarşısını almaq üçün 50 donuz məhv edilib.

Bildirilir ki, Afrika donuz taunu insanlar üçün təhlükəli deyil.