Qarabağda olan türk şirkətlərinin sayı açıqlandı

Azərbaycanda 4 mindən çox Türkiyə şirkəti aktiv şəkildə fəaliyyət göstərir.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan biznes forumunda deyib.

“Azərbaycanın işğaldan azad edilən ərazilərində 20-dən çox Türkiyə şirkəti 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda, Türkiyədə Azərbaycan şirkətləri müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadiyyatına öz töhfəsini verib”, – Baş nazir qeyd edib.