Vəziyyət kritikdir, mühüm mövqeləri itirdik – Abramyan

Hazırda Qarabağdakı separatçılar mövqelərini bir-bir itirirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin deputatı Tiqran Abramyan məlumat yayıb.

“Azərbaycan bir sıra mühüm qovşaqlara nəzarəti ələ keçirib. Vəziyyət son dərəcədə kritikdir. Ermənilər mövqelərlə bağlı ciddi problem yaşayırlar”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az