Minalar Qarabağda olduğu kimi, Ukraynada da uşaq oyuncaqlarında gizlədilir

“Minalar Qarabağda olduğu kimi, Ukraynada da uşaq oyuncaqlarında gizlədilir”.

Globalinfo.az Report-a xəbər verir ki, bu barədə “Metro.co”da dərc olunan məqalədə yazılıb. Bildirilib ki, Ukraynada və Qarabağda mülki insanlar minalardan eyni formada əziyyət çəkirlər: “Bu cür minalar təkcə Ukrayna vilayətlərində yerləşdirilməyib, onilliklər ərzində Ermənistan qoşunları Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə zəhərləyib.

Bu arada son 20 ildə Ukraynada yaşayan etnik azərbaycanlı Rüstəm Məhərrəmovun qardaşı Qarabağın işğaldan azad edilməsi uğrunda şəhid olub. R.Məhərrəmov bildirir ki, Ukraynada baş verənlər Qarabağda da yaşanıb. Öldürücü piyada əleyhinə minalar hazırda Ukrayna ərazisinin təxminən 174 000 kvadrat kilometrini çirkləndirir və onların fəsadları növbəti 30 il ərzində də hiss olunacaq”.

Məqalədə vurğulanıb ki, əsas məsələlərdən birinin bu gün basdırılan minaların uzun illər ərzində ağır nəticələrə səbəb olmasıdır: “Mina qurbanları nadir hallarda fiziki və ya emosional olaraq təsirə məruz qalmırlar. Minalar Qarabağda olduğu kimi, Ukraynada da adətən uşaq oyuncaqlarında gizlədilir. Həmçinin yaşayış evləri də minalanıb. Onlar elə yerləşdirilib ki, mümkün qədər çox mülki insan məhv olsun. Bu, soyqırımı aktıdır, çünki insanları etnik və milli mənsubiyyətinə görə öldürmək cəhdidir”.

Qeyd olunub ki, Ukraynanın minalardan təmizlənməsi prosesi 30 il çəkə bilər: “Azərbaycanın Qarabağ bölgəsini erməni minalarından təmizləmək də bir o qədər vaxt aparacaq. Biz bilirik ki, Türkiyənin MEMATT minaaxtaran texnikaları Azərbaycanda istifadə olunur, onlar ucuz deyil. Qarabağdakı torpaqlarına qayıdan azərbaycanlılar üç il ərzində mülki obyektlərin minalardan təmizlənməsində böyük təcrübə toplayıblar. Hazırda Ukraynanın Xarkov şəhərində də ərazilərin minadan təmizlənməsi üçün texnikalardan istifadə olunur.