Qarabağda danışıqlar: Azərbaycan sülhməramlılara şərt irəli sürdü

Azərbaycanla Rusiya sülhməramlıları arasında Laçında yerləşdirilən sərhəd-keçid məntəqəsi ilə bağlı aparılan danışıqların detalları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” Qarabağdakı mənbələrinə istinadən yayıb.

Məlumata görə, Rusiya tərəfi danışıqlar zamanı sərhəd-keçid məntəqəsi yerinə rentgen aparatlarının quraşdırılmasını və onun Azərbaycan tərəfindən onlayn formada nəzarətdə saxlanmasını istəyir:

“Bu, hazırkı situasiyada yeganə qəbul edilən kompromis olardı. Lakin danışıqlarda azərbaycanlılar ruslara bəzi kompromislərə gedə biləcəklərini deyiblər. Onlar Rusiya sülhməramlılarına sərhəd-keçid məntəqəsində bəzi əhəmiyyətsiz funksiyaları yerinə yetirməyə icazə verə biləcəklərini deyiblər”.

Qeyd edək ki, bir müddət öncə Rusiya sülhməramlılarına yeni rəhbər kimi Aleksandr Lentsov təyin edilib. O, Xankəndiyə gəlib və burada bir sıra görüşlər keçirib. Üstəlik, Lentsov Ermənistan müdafiə naziri Suren Papikyanla da görüşüb.

İlkin Həsənov
Globalinfo.az