“Azərbaycanda Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə müzakirə olunur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti praktiki addımların atılmasına başlayacaq.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Xankəndidə konsulluq açmaq istədiyini rəsmi səviyyədə bəyan etmişdi.
Əliyar Xəlil
Globalinfo.az