Qarabağda aparılan danışıqlar nəticə verməsə… – Paşinyan

“Qarabağda aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

O, Rusiya sülhməramlılarının ünvanına tənqidlər səsləndirib.

Bundan başqa qeyd edib ki, Roma Statutunun ratifikasiyası haqqında qərar 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edilib.