Qarabağa qayıdan məcburi köçkünlərin sayı açıqlanıb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsinə istinadən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, avqustun 1-dək işğaldan azad edilmiş ərazilərə 38 179 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91 746 nəfər təşkil edib.