Ağdamdan Əsgərana maşınlar gedib? – Separatçılar təşvişdə

Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağın erməni sakinlərinə humnitar yardım edilə biləcəyi ilə bağlı açıqlamasından sonra Ermənistanda bəzi iddialar səslənib.

Globalinfo.az xəbər verir ki, Ermənistan KİV-ləri və Teleqram kanallarında Rusiya sülhməramlılarının müşayiəti ilə BQXK nümayəndələrinin Ağdamdan Əsgəran yolu vasitəsilə Qarabağın erməni sakinlərinə humanitar yüklərin çatdırıldığı iddia edilir.

Məsələ Ermənistan ictimaiyyəti və separatçılar arasında ciddi müzakirələrə səbəb olub. Daha sonra separatçılar bu iddianın doğru olmadığını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Rusiya sülhməramlılarının və Qarabağın erməni sakinlərinin humanitar ehtiyaclarının Ağdam vasitəsilə qarşılana biləcəyini təklif etmişdi. Bu təklif Ermənistan siyasi arenasında Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının təsdiqi kimi qiymətləndirildiyi üçün narahatlıq doğurub.

Ayşən Mustafa
Globalinfo.az