1700075925 400616974 7517246914960411 1010099928293487173 n

Xankəndi şəhər stadionunda keçiriləcək ilk matçın tarixi müəyyənləşib.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final matçı bu arenada keçiriləcək.

“Qarabağ” II təsnifat mərhələsinin MOİK – Ağdaş/Cəbrayıl cütünün qalibini məhz Xankəndidə qəbul edəcək.

Hazırda bu arenada yenidənqurma işləri görülür. Stadionun tribunaları və otaqları təmir olunur. Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlərin dekabrın 15-ə kimi yekunlaşması planlaşdırılır

Paylaş: