Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq? – VİDEO

Xankəndidəki Qarabağ Universitetinə məxsus yataqxananın ödənişli, yaxud ödənişsiz olması ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Qarabağ Universiteti üçün nəzərdə tutulan yataqxana həm müəllimlər, həm də tələbələr üçün tam ödənişsiz olacaq.