qarabag1

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Şamaxı”nın qonağı olub.

Şamaxı şəhər stadionundakı qarşılaşma “köhlən atlar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 33-cü dəqiqədə Elvin Cəfərquliyev vurub.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran Ağdam təmsilçisi birinci pillədə qərarlaşıb. Meydan sahibləri 20 xalla doqquzuncu sıradadır.

Qeyd edək ki, günün digər görüşündə “Sabah” “Qəbələ”ni qəbul edəcək.

Paylaş: