“Qarabağ” Şahruddini təcrübəli qapıçı ilə əvəzləyir

“Qarabağ” Rusiya millisinin sabiq qapıçısı Andrey Lunyovu transfer edir.

Globalinfo.az xəbər verir ki, bu barədə idman mənbələri məlumat yayıb.

31 yaşlı qapıçının transferinin tezliklə reallaşacağı bildirilir.

Qeyd edək ki, son oyunlarda “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin kobud səhvlərə yol verməsi təndiq olunurdu.