“Qarabağ” “Rakuv”a məğlub oldu

Qarşılaşma Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdı. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

***

“Rakuv” 90+1-ci dəqiqədə yenidən hesabda önə çıxır.

***

Cica 75-ci dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.

***

Cica 73-cü dəqiqədə hesabdakı fərqi azaltdı: 2-1.

***

Piaseçki görüşün 72-ci dəqiqəsində Şahruddin Məhəmmədəliyevin kobud səhvi nəticəsində 2-ci qolu vurdu: 2-0.

***

İkinci hissə başlayıb.

55-ci dəqiqədə meydan sabiblər hesabı açır – 1:0

***

İlk hissə qolsuz başa çatıb.

Fasilə.

***22:16

“Rakuv” – “Qarabağ” qarşılaşması start götürüb.

***

Polşada UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Rakuv” və “Qarabağ”ın start heyəti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Rakuv”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 8. Ben Lederman, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 30. Vladislav Koçergin, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Qeyd edək ki, bu gün “Miejski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.