“Qarabağ” – “Qəbələ” matçında qalib müəyyənləşmədi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, turnirin son qalibi “Qarabağ” “Qəbələ”ni qəbul edib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da baş tutacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.