“Qarabağ”-“Qalatasaray” matçına möhtəşəm hazırlıq – FOTO

Bu gün “Qarabağ” və “Qalatasaray” futbol klublarının Bakı Olimpiya Stadionunda (BOS) yoldaşlıq oyunu keçiriləcək. Oyun xeyriyyə məqsədi ilə təşkil edilib.

Globalinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionu Azərbaycan-Türkiyə bayraqları ilə bəzədilib. Bundan başqa stadionun bannerlərində müxtəlif şüarların əks olunduğu pankartlar asılıb.

Qeyd edək ki, azarkeşlərə 20 min Türkiyə, 20 min Azərbaycan bayrağı veriləcək.

Sözügedən qarşılaşma saat 20:00-da start götürəcək.

Zaira Akifqızı
Globalinfo.az