ae63a40f 7f0a 3d47 947d 6836f867dbf5 850

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Globalinfo.az xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə “Sumqayıt”la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimalhesablı qələbəyə sevinib.

Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.

Ağdam təmsilçisi 21 xalla turnir cədvəlinə başçılıq edir. “Sumqayıt” isə 7 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” “Şamaxı”nı 2:0, “Turan Tovuz” isə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.

Paylaş: