“Neftçi” – “Qarabağ” matçı bitdi: 5 qol vuruldu

“Qarabağ” hesabı 4:1 edir. Toral Bayramov 90+3-cü dəqiqədə fərləndi.

***

“Neftçi” hesab arasındakı fərqi azaltdı. 71-ci dəqiqədə Filip Ozobiç fərqləndi.

***

Toral Bayramov 60-cı dəqiqədə “Neftçi”nin qapısından ikinci topu keçirir.

***

“Qarabağ”ın heyətində Nəriman Axundzadə 47-ci dəqiqədə hesabı açdı.

***

“Neftçi” – “Qarabağ” matçı start götürüb.

Matçın ilk dəqiqələrində Emin Mahmudov ağır zədə alıb.

VAR-a baxan baş hakim Elçin Məsiyev qayda pozuntusuna yol verən Yankoviçə sarı vərəqə göstərib.

***

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulacaq.

Globalinfo.az xəbər verir ki, turun son və mərkəzi oyununda “Neftçi” əzəli rəqibi “Qarabağ”la qarşılaşacaq.

Matç saat 19:00-da başlayacaq.

Baş hakim: Elçin Məsiyev

Məkan: “Neftçi Arena”