114080541 e1b36d74 c6c4 49aa b813 1c3db9f1b213

“Qarabağ münaqişəsi artıq tarixdə qalı, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı səsləndirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: “Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.

Paylaş: