Qarabağ müharibəsini işıqlandıran jurnalist Ukraynada yaralandı – FOTO

“Frans Press”in jurnalisti Ukraynada döyüş bölgəsində yaralanıb.

Globalinfo.az xəbər verir ki, Dilan Kolins Ukrayna Silahlı Qüvvələrinin Artyomovsk vilayətindəki mövqelərində reportajın çəkilişində iştirak edib.

Agentliyin özünün məlumatına görə, Amerika əsilli 35 yaşlı fransız çoxsaylı qəlpə yaraları alıb. Jurnalist ən yaxın xəstəxanaya çatdırılıb, o, huşunu itirib, həyatı üçün heç bir təhlükə yoxdur.

Əvvəllər Kolins Livan və Suriyadan video reportajların koordinatoru olub. O, Yaxın Şərqdə münaqişə zonalarında geniş işləyib və 2020-ci ildə Qarabağ müharibəsini işıqlandırıb.