901726

Bu gün I qrup Qarabağ müharibəsi əlili, “Qarabağ qaziləri” ictimai birliyinin üzvü, qazi Əliyev Arif Kamal oğlu dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Rey Kərimoğlu məlumat yayıb.

O bildirib ki, qazi gecə saatlarında vəfat edib.

Məlumata görə, Arif Əliyev 1967-ci ildə Ağdam rayonunda anadan olub. 1992-ci ildə Ağdam uğrunda gedən ağır döyüşlərdə yaralanıb və hər iki ayağını itirib.

A.Əliyev “Vətən Uğrunda” medalı ilə təltif edilib. Ailəli idi. 4 qız övladı yadigar qalıb.

2294795958985468104

Zaira Akifqızı
Globalinfo.az

 

 

Paylaş: