“Qarabağ” Marko Yankoviçlə müqaviləni uzatdı 

“Qarabağ” FK Marko Yankoviçlə müqaviləni yeniləyib. Klubumuzla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.
Globalinfo.az xəbər verir ki, monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
2022-ci ilin yayından komandamızda çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.