282d1b14 fccd 3ac4 8eb7 8304f3a9a775 850

UEFA Avropa Liqasının V turunun “Qarabağ” – “Lion” (Fransa) oyununun biletləri sabah satışa çıxarılacaq.

Globalinfo.az Ağdam kjubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.

Biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Paylaş: