“Qarabağ” “Linkoln”u darmadağın etdi

“Qarabağ” UEFA Çempionlar Liqasında I mərhələni keçib.

Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi “Linkoln”u səfərdə olduğu kimi, evdə də məğlubiyyətə uğradıb.

Bir həftə əvvəl “Viktoriya” stadionunda 2:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə rəqib qapısından 4 cavabsız qol keçiriblər – 4:0.

Darmadağınla II təsnifat mərhələsinə yüksələn “Qarabağ” burada Polşa çempionu “Rakuv”a rəqib olub. İlk oyun iyulun 26-da Polşada olacaq.

***21:30

“Qarabağ”la Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qol vurulub.

Bakı Olimpiya Stadionundakı görüşdə bu dəfə də meydan sahibləri seviniblər.

Matçın 62-ci dəqiqəsində Marko Yankoviç fərqlənib – 4:0.

***21:08

Cica 49-cu dəqiqədə “Qarabağ”ın üçüncü qolunu vurdu: 3-0.

***20:55

“Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Bakı Olimpiya Stadionunda təşkil edilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

“Qarabağ” birinci hissədə vurduğu qollar sayəsində 2:0 hesabı ilə öndədir.

***20:50

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda daha bir qol vurulub.

Azərbaycan çempionu fərqi iki topa çatdırıb – 2:0.

45+1-ci dəqiqədə müdafiəçi Bəhlul Mustafazadə başla fərqlənib.

***20:12

Bakı Olimpiya Stadionunda “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln” arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Azərbaycan çempionu rəqib qapısına yol tapıb.

Matçın 7-ci dəqiqəsində Abdullah Zubir fərqlənib – 1:0.

***20:00

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”la “Linkoln” üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, matç başlayıb.

***

Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Cəbəllütariq klubu “Linkoln”un start heyətləri bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Qarabağ” (Azərbaycan): 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

“Linkoln” (Cəbəllütariq): 23. Deyl Kolinq, 6. Bernardu Lopeş (k), 24. Con Sarcent, 21. Nano, 5. İbrahim Ayu, 88. Mandi, 20. Mustafa Yahaya, 10. Liam Uoker, 66. İtan Britto, 9. Kike Qomes, 7. Li Kasyaro

Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. İyulun 11-də “Viktoriya” stadionundakı ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.