Qarabağ itirildi, bu əraziləri qorumalıyıq – Sərkisyan

“Erməni cəmiyyəti öz dövlətçiliyini qorumalıdır, hələ xilas edəcəyimiz nələrsə var”.

Globalinfo.az xəbər verir ki, bunu “Ayakve” təşəbbüs qrupunun nümayəndəsi David Sərkisyan deyib.

“İndi biz əlimizdə olanı itirməməkdən danışırıq, halbuki bir neçə il əvvəl Şuşa və Hadrutun qaytarılmasından bəhs edirdik.

Biz Gorusu, Qafanı, Yeqqnadzoru, Mehrini, Vaykı, Cermuku və hətta İrəvanı qorumalıyıq”, – D.Sərkisyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az