“Qarabağ” bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.
Globalinfo.az xəbər verir ki, “köhlən atlar” III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.
***
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.
Globalinfo.az xəbər verir ki, 85-ci dəqiqədə Juninyo “köhlən atlar”ı yenidən hesabda önə keçirib – 2:1.
***
Olusanya 77-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.
***
Andrade 55-ci dəqiqədə “Qarabağ”ı hesabda önə keçirdi: 1-0.
***
Bakıda “Qarabağ” və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, ilk yarıdan sonra qapılara qol vurulmayıb – 0:0.
***
“Qarabağ” – HİK qarşılaşması start götürdü.
***
Bakıda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Finlandiya HİK-inin start heyətləri açıqlanıb.
Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
HİK: 1. Yesse Öst, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho, 18. Topi Keskinen, 22. Yukka Raytala, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan, 37. Atomu Tanaka
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq.