“Qarabağ” “Gent”i keçə bilər, lakin…” – Şərh

“Gent” klubunu Ağdam təmsilçisi üçün münasib rəqib saymaq olar”.

Bu sözləri Globalinfo.az-a danışan idman jurnalisti Aydın Bağırov deyib. O bildirib ki, “Gent” UEFA Konfrans Liqasının qrup mərhələsini 8 xalla 2-ci yerdə başa vurub:

“Qrup mərhələsində “Yurqorden” (İsveç), “Mölde” (Norveç) və “Şemrok Rovers” (İrlandiya) klubları ilə mübarizə aparıb. “Gent” klubu hazırda Belçika Premyer Liqasında 5-ci yerdə qərarlaşıb.

“Qarabağ” “Gent”lə oyuna yaxşı hazırlaşmalıdır. Çünki “Köhlən atlar” ilk matçını fevralın 16-da evdə keçirəcək. İlk oyunun fevralın 16-sı keçiriləcəyini nəzərə alsaq, “Qarabağ”ın bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtı var”.

Qeyd edək ki, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Turan Rzayev,  Globalinfo.az