“Qarabağ” bu gün Avropa Liqasını təsnifat mərhələsinin və növbəti mövsümün hazırlığına başlayacaq.
Globalinfo.az xəbər verir ki, komanda Bakıda bir araya gələcək.
Bu mərhələ iyunun 22-dək davam edəcək.
“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.
Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
İyunun 27-də Ağdam təmsilçisi Bolqarısanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtilə saat 19:00-da başlayacaq.
İkinci oyun isə iyulun 1-də Ukrayna “Metallist”inə qarşı olacaq. Bu matçın start fiti isə 15:00-da veriləcək.
Həmin gün “Qarabağ” son yoxlama görüşünə də çıxacaq. Qurban Qurbanovun komandası “Ferentsvaroş”la üz-üzə gələcək. Bu qarşılaşmanın start fiti 20:00-da veriləcək.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onların rəqibi iyunun 16-da püşkatmada bəlli olacaq.