“Qarabağ” darmadağınla qalib gəldi

“Qarabağ” və “Zirə” komandaları yoxlama oyununda qarşılaşıblar.

Globalinfo.az xəbər verir ki, matç “Azərsun Arena”da baş tutub.

Dörd hissədən (45+25+45+25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi ilə bitib – 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurub. Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 111-ci dəqiqədə Redon Cica komandasının üçüncü qoluna imza atıb. 120-ci dəqiqədə Nəriman Axundzadə fərqlənib.