“Qarabağ” Çexiya klubuna qalib gəldi

qarabag 2024

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununu keçirib.

Globalinfo.az xəbər verir ki, Ağdam klubu günün ikinci matçında Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşıb.

Görüş Azərbaycan çempionunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Köhlən atlar”ın heyətində hər iki qolu Leandro Andrade vurub.

Qeyd edək ki, “Qarabağ” günün ilk oyununda Almaniyanın “Kayzerslautern” klubuna 1:3 hesabı ilə uduzub.