“Qarabağ” bu futbolçu ilə maraqlanır

“Qarabağ” Kolumbiya millisinin futbolçusu Alfredo Morelosu transfer etmək istəyir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan çempionu hücum xəttini 27 yaşlı forvardla gücləndirmək niyyətindədir.

Morelosun hazırda azad agent statusu daşıması ağdamlıların seçiminə təsir edir. Oyunçu beş ildir formasını geyindiyi Şotlandiya klubu “Reyncers”lə müqavilə müddəti başa çatdığı üçün oradan ayrılıb.

Maraqlıdır ki, hələ iki il əvvəl Fransanın “Lill” klubu 16 milyon funt sterlinq təklif etsə də, “Reyncers” onu satmağa razılıq verməmişdi. Ancaq Qlazqo təmsilçisi bu yay hücumçusu ilə yeni sözləşmə imzalamaqdan imtina edib.

Qeyd edək ki, Alfredo Morelos 2018-ci ildən Kolumbiya millisinə dəvət edilir.