“Qarabağ” – “Bayer” matçında 4 qol vuruldu

UEFA Avropa Liqasının 1/8 finalının ilk matçı çərçivəsində “Qarabağ” – “Bayer” oyunu bitdi 2:2.

***

Patrik Şik görüşün 92-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 2-2.

***

“Bayer” Virtzin qolu ilə 70-ci dəqiqədə fərqi azaltdı: 2-1.

***

Matçın ikinci hissəsi başlayıb. Komandamız 2 – 0 öndədir.

***

Birinci hissədə artırılan əlavə vaxtda “Qarabağ”ın oyunçusu Juninyo ikinci topu rəqibin qapısından keçirib: 2 – 0

***

UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” – “Bayer” oyununda hesab açılıb.

Benziyanın qolu ilə “Qarabağ” 1:0 önə keçir.

***21:47

“Qarabağ” və “Bayer” matçı yerli vaxtla saat 21:45-də start götürüb.

***

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

Globalinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 1/8 final mərhələsi çərçivəsində Almaniya Bundesliqasının lideri “Bayer”lə üz-üzə gələcək.

Leverkuzen təmsilçisinə qrup mərhələsində iki dəfə uduzan (1:5, 0:1) “Qarabağ” doğma divarlar arasında güclü rəqibi büdrətməyə çalışacaq.

Bu komandalar arasında cavab oyunu martın 14-də Leverkuzendə keçiriləcək.

Avropa Liqası
1/8 finalın ilk oyunu
7 mart

21:45. “Qarabağ” – “Bayer”
Baş hakim: Benua Bastien (Fransa).
Tofiq Bəhramov adına Respublika stadionu.