“Qarabağ” Bakıda “Olimpiakos”la oynayacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasında mübarizə aparan Ağdam təmsilçisi qrup mərhələsinin IV turunun matçına çıxacaq.

derlə görüşdə qazanılacaq bir xal təmsilçimizin ilk “üçlük”də yerini təmin etməsi və yazda mübarizəni iki turnirdən birində davam etdirməsi üçün yetərli olacaq. Qonaqlar isə qalib gəlməsə, Avropa Liqasında mübarizəni davam etdirmək şansını itirəcək. Son iki görüşdə “Nant”la “Olimpiakos”u darmadağın edən “Qarabağ” ardıcıl üçüncü qələbəsini rəsmiləşdirə bilər.

Qeyd edək ki, qrupun digər oyununda “Nant” “Frayburq”u qəbul edəcək. Fransadakı qarşılaşma da Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, IV tur
G qrupu, 13 oktyabr
23:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)
Baş hakim: 
Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1 Frayburq 3 3 0 0 7-1 9
2 Qarabağ 3 2 0 1 7-2 6
3 Nant 3 1 0 2 2-6 3
4 Olimpiakos 3 0 0 3 1-8 0